Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa Çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın 10 medalına (3 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar.
Yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa Çempionatının qızıl medalını qazanıblar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.
Klubumuzun qadın güləşçilərindən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) qitə çempionatının bürünc medalına layiq görülüblər.
Sərbəst güləşçilərimizdən Giorgi Meşvildişvili (125) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86) isə gümüş medala sahib olublar.
