
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri inamla mübarizə apararaq mundiala 3 medalla start veriblər. Yığma komandamızın heyətində ölkəmizi təmsil edən idmançılarımızdan Giorgi Meşvildişvili (125 kq) finalda iranlı Olimpiya mükafatçısı və dünya çempionu Amir Zareyə məğlub olub və mötəbər yarışın gümüş medalına sahib olub.
Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda qarşılaşmada Şimali Koreya təmsilçisi Kum Kimə “tuş”la qalib gələrək çempionatının bürünc medalını qazanıb.
Digər güləşçimiz Arseniy Djioyev (86 kq) isə bürünc medal uğrunda görüşdə fransalı Raxim Maqamadovu 7:0 hesabı ilə məğlub edib və dünya üçüncüsü olub.