• Sentyabr 22, 2025
  • Redactor Neftchi
  • 0

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək mundialın 7 medalına (1 qızıl, 2 gümüş, 4 bürünc) sahib olublar.
Güləşçilərimizdən Ülvü Qənizadə (72 kq) dünya çempionu adını qazanıb. Giorgi Meşvildişvili (125 kq) və Həsrət Cəfərov (67 kq) mötəbər yarışın gümüş medalına layiq görülüblər. Digər idmançılarımız – Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Murad Əhmədiyev isə (97 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.