• İyul 6, 2025
  • Redactor Neftchi
  • 0

İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U-20 Avropa birinciliyinə yekun vurulub.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan sərbəst güləşçiləri mötəbər yarışın sonuncu günündə inamla mübarizə apararaq 3 medala sahib olublar.

Pəhləvanlarımızdan Yusif Dursunov (125 kq) yalnız finalda məğlub olub və gümüş medala yiyələnib. Omar Gülməmmədov (74 kq) və Anar Cəfərli (92 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62kq) Avropa çempionu olublar.