• Avqust 24, 2026
  • Redactor Neftchi
  • 0

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya birinciliyi başa çatıb.

Turnirdə yüksək əzmkarlıqla mübarizə aparan “Neftçi” İdman Klubunun yetirmələri mundialı 6 medalla (1 qızıl, 3 gümüş, 2 bürünc) başa vurublar.

Yunan-Roma güləşi yarışlarında Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Bu növ üzrə digər təmsilçimiz Elmin Əliyev (82 kq) isə bürünc medala layiq görülüb.Qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Sərbəst güləş yarışlarında Hacı Kərimov (70 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medala sahib olub.