Qanlı Yanvar faciəsindən 36 il ötməsinə baxmayaraq, Azərbaycan xalqı onun yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, axın-axın Şəhidlər xiyabanına üz tutur, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Bu il də yüz minlərlə insan şəhidlərimizi ziyarət etmək üçün xiyabana üz tutdu.Bu gün ”Neftçi” İdman Klubunun rəhbərliyi və kollektivi də Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad etdilər. Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzdülər, şəhidlərin ruhuna dualar oxudular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




