• Fevral 7, 2026
  • Redactor Neftchi
  • 0

Gəncə İdman Sarayında keçirilən güləş üzrə U-20 Azərbaycan birinciliyi davam edir. Bu gün sərbəst güləşçilərin mübarizəsi başa çatıb.

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri yarışda böyük əzmkarlıq nümayiş etdirərək 20 medala (10 qızıl, 3 gümüş, 7 bürünc ) sahib olublar və komanda hesabında respublika birinciliyinin qalibi olublar.

Klubumuzun idmançılarından Mühəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu tituluna yiyələniblər. Ağa Qasımov (65 kq), Sadiq Hüseynov (70 kq), İsmayıl Rəhimli (74 kq) gümüş, Hüseyn Hüseynov (57 kq), Hüseyn İsmayılov (65 kq), İsa Yusibov, Kamal Məmmədov (hər ikisi 70 kq), Heydərəli Saidov (74 kq), Vüqar Hümbətov (86 kq) və İsmayıl Kərimov (125 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, “Neftçi” İdman Klubunun sərbəst güləşçiləri bu nəticə ilə həm də Azərbaycanda tarixi ilkə imza atıblar. Belə ki, təmsilçilərimiz sərbəst güləş üzrə Azərbaycan çempionatları və birincilikləri tarixində ilk dəfə 10 çəki dərəcəsinin hamısında qızıl medal qazanıblar.

Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçiləri yarışın 10 medalına (3 qızıl, 3 gümüş, 4 bürünc ) yiyələniblər və ümumkomanda hesabında ikinci yeri tutublar.