• Yanvar 11, 2026
  • Redactor Neftchi
  • 0

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı İdman Sarayında keçirilən yarışın son günlərində sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri inamla mübarizə apararaq yarışın 22 medalını (6 qızıl, 5 gümüş, 11 bürünc) qazanıblar və ümumkomanda hesabında birinci yeri tutublar.

İdmançılarımızdan Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Yusif Dursunov (125 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Fərid Cabbarov (79 kq), Orxan Abbasov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) gümüş, Elman Ağayev, Muhəmməd İsmayılov (hər ikisi 57 kq), Əliabbas Rzazadə, Fərhad Hacıyev (hər ikisi 61 kq), Əli Rəhimzadə, Murad Haqverdiyev (hər ikisi 65 kq), Omar Gülməmmədov (70 kq), Nurlan Ağazadə (74 kq), Sahib Dadaşov (79 kq), Şəmistan Axundov (92 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçiləri çempionatın 27 medalına (9 qızıl, 7 gümüş, 11 bürünc) yiyələniblər və ümumkomanda hesabında Azərbaycan çempionatının qalibi olublar.