“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında nərd idman növü üzrə turnir keçirilib. “Məşəl” İdman Kompleksində baş tutan yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçiriləcək yarışda iştirak etmək üçün nərd idman növü üzrə SOCAR-ın yığma komandasının heyətini müəyyən etmək idi.
Kişilərin mübarizəsində İlqar Allahverdiyev (Təhlükəsizlik İdarəsi) turnirin qalibi adını qazanıb. İmran İbrahimov (“Bos Şelf” MMC) ikinci, Yuris Cəlilov (Təhlükəsizlik İdarəsi) isə üçüncü yerə çıxıb. Qadınlar arasında təşkil olunan yarışda Samirə Cəfərova (Sosial İnkişaf İdarəsi) yarışın qalibi olub. Sevda Əzizova (Heydər Əliyev adına Neft Emalı Zavodu) ikinci, Naibə Səfərova (Sosial İnkişaf İdarəsi) isə üçüncü yeri tutub.
Turnirin qalib və mükafatçılarına “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.