Bu gün “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında voleybol turnirinə start verilib. Üç gün davam edəcək yarışda həm qadın, həm də kişi komandaları mübarizə aparacaq.
Turnirin keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq yarışda SOCAR-ı təmsil edəcək qadın və kişi voleybol komandalarının heyətini müəyyən etməkdən ibarətdir.