• Oktyabr 2, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun təmsilçiləri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, idmançılarımız ilin doqquz ayı ərzində iştirak etdikləri ölkədaxili və beynəlxalq səviyyəli 250 yarışda inamla çıxış edərək 310-u qızıl, 233-ü gümüş və 311-i bürünc olmaqla, ümumilikdə 854 medala sahib olublar. Atletlərimiz dünya yarışlarında 44 (5 qızıl, 10 gümüş, 29 bürünc), Avropa yarışlarında 89 (30 qızıl, 22 gümüş, 37 bürünc), Avropa Gənclər Yay Olimpiya Festivalında 3 (1 qızıl, 2 gümüş), Avropa Gənclər Paralimpiya Oyunlarında 3 (1 qızıl, 2 bürünc), Gimnaziada İdman Oyunlarında 14 (4 qızıl, 4 gümüş, 6 bürünc), Türkdilli Dövlətlərin Universiadasında 6 (4 qızıl, 2 bürünc), beynəlxalq turnirlərdə isə 91 medala (30 qızıl, 22 gümüş, 39 bürünc) yiyələniblər. Respublika səviyyəli yarışlarda 321 (125 qızıl, 96 gümüş, 100 bürünc), dövlət qurumlarının əməkdaşları arasında keçirilən turnirlərdə 24 dəfə (5 qızıl, 9 gümüş, 10 bürünc) fəxri kürsüdə yer alan idmançılarımız paytaxt yarışlarında 84 (34 qızıl, 25 gümüş, 25 bürünc), digər yarışlarda isə 175 medal (71 qızıl, 43 gümüş, 61 bürünc) qazanıblar.