“Neftçi” İdman Klubunun yetirmələri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, idmançılarımız ilin ilk üç ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda böyük əzmkarlıq nümayiş etdirərək 147-si qızıl, 101-i gümüş və 135-i bürünc olmaqla, ümumilikdə 383 medal qazanıblar. Atletlərimiz Avropa yarışlarında 10 (2 qızıl, 5 gümüş, 3 bürünc), beynəlxalq turnirlərdə isə 53 medala (21 qızıl, 14 gümüş, 18 bürünc) yiyələniblər. Respublika yarışlarında 213 dəfə fəxri kürsüdə yer alan (85 qızıl, 56 gümüş, 72 bürünc) klubumuzun yetirmələri paytaxt yarışlarında 53 (19 qızıl, 11 gümüş, 23 bürünc), dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan turnirlərdə 10 (4 qızıl, 2 gümüş, 4 bürünc), digər yarışlarda isə 44 medala (16 qızıl, 13 gümüş, 15 bürünc) sahib olublar.
