• İyul 22, 2025
  • Redactor Neftchi
  • 0

Uzun illər “Neftçi” İdman Klubu Uşaq Futbol Məktəbinin direktoru kimi fəaliyyət göstərən Əməkdar məşqçi Məhərrəm Həsənovu pensiya yaşına çatması ilə əlaqədar olaraq bu vəzifədə Xaqani Məmmədov əvəzləyib.

“Neftçi” İdman Klubunun rəhbərliyi futbolumuzun inkişafında göstərdiyi xidmətlərə görə Məhərrəm Həsənova dərin minnətdarlığını bildirib və ona möhkəm cansağlığı arzulayıb.

Daha sonra yeni mövsümdə Uşaq Futbol Məktəbinin qarşısında duran prioritet məsələlər müzakirə olunub.