• Noyabr 27, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun rəhbərliyi qurumun Uşaq Futbol Məktəbinin kollektivi ilə görüş keçirib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil olunan tədbirdə məşqçilər və futbolçularla müxtəlif mövzularda fikir mübadiləsi aparılıb, cari mövsümdə qarşıda duran vəzifələr müzakirə olunub.
Məşqçilər və valideynlər Uşaq Futbol Məktəbinə göstərilən qayğıya görə SOCAR-ın və “Neftçi” İdman Klubunun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.