Bakı İdman Sarayında keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında klassiklərin yarışına yekun vurulub.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri böyük əzmkarlıq nümayiş etdirərək yarışın 27 medalına (9 qızıl, 7 gümüş, 11 bürünc) sahib olublar və ümumkomanda hesabında Azərbaycan çempionatının qalibi olublar.
Təmsilçilərimizdən Elmir Əliyev (55 kq), Sakit Quliyev (63 kq), Fərid Xəlilov (67 kq), Fərahim Mustafayev (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq ölkə çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Rəşad Məmmədov (55 kq), Ziya Zeynalov (60 kq), Ziya Babaşov (63 kq), Xalid Həsənov (72 kq), Laçın Vəliyev (87 kq), Məhəmməd Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) gümüş medala layiq görülüblər.
Digər pəhləvanlarımız – Fərid Sadıxlı, İbrahim Nurullayev (hər ikisi 55 kq), Murad Məmmədov, Nihat Quluzadə (hər ikisi 60 kq), Səid Xəlilov (63 kq), Məhəmməd Qasımzadə (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Səid Axundzadə (87 kq), Arif Niftullayev və Əli Quliyev (hər ikisi 97 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
