• Noyabr 7, 2026
  • Redactor Neftchi
  • 0

2011-2013-cü illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə “Neftçi” İdman Klubunun birinciliyi keçirilib. 8 Noyabr – Zəfər Gününə həsr olunan yarış Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinin güləş zalında təşkil edilib. Birincilikdə 60-dan çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.

Yarışın əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətinin idmançılar arasında təbliği, yeniyetmələrdə Vətənə məhəbbət və vətənpərvərlik ruhunun yüksəldilməsidir. Turnir həmçinin istedadlı və perspektivli güləşçiləri aşkar edərək klubun seleksiya qruplarına cəlb etmək, onların fiziki hazırlığını yoxlamaq və yarış təcrübəsini artırmaq məqsədi daşıyır.

Turnirin açılış mərasimində ilk olaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Rəsmi hissədə çıxış edən “Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev yarış iştirakçılarını səmimi qəlbdən salamlayıb. O, 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, qazanılan tarixi qələbənin rəşadətindən söz açaraq yeniyetmə idmançılara vətənpərvərlik ruhunu aşılamağın vacibliyini vurğulayıb və xalça üzərinə çıxacaq hər bir pəhləvana müvəffəqiyyətlər arzulayıb. Fərəc Əliyev həmçinin bu yarışın ənənəvi xarakter daşıyacağını və bundan sonra hər il müntəzəm olaraq təşkil ediləcəyini diqqətə çatdırıb. Daha sonra klubun sərbəst güləş üzrə baş məşqçisi Əsgərxan Novruzov çıxış edərək turnirin reqlamenti və idman qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. Bununla da turnirə start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin yekununda bütün çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Neftçi” İdman Klubu bundan əvvəl 27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo üzrə də xüsusi turnir təşkil etmişdi.

Birincilikdə medal qazanan sərbəst güləşçilərin siyahısını təqdim edirik:

38 kq

1. Hacıyev Ömər

2. Khaltayev İslam

3. Muradov Ruslan

3. Həsənəliyev Hüseyn

41 kq

1. Möhbəliyev Dövlətəli

2. İsmayılov Sadiq

3.Həsənov Bilal

3.Çredelin İsi

44 kq

1.İsgəndərli Nurlan

2.Alıyev Ayxan

3.Zadə Eymən

3.Alıyev Ənvər

48 kq

1.Muradov Baqdan

2.Abdullayev Mirməhəmməd

3.Səfərov Natiq

3.Pənahzadə Fərid

52 kq

1.Axundzadə Süphan

2.Allahverdiyev Dursun

3.Əmrəliyev Murad

3. Məmmədov Xoşbəxt

57 kq

1.Mərdiyev Teymur

2.Əlizadə Ömər

3. Dəmirov Rəfail

3.Məmmədov Məhəmmədəli

62 kq

1.İsmixanlı İlyas

2.Qasımov Elşad

3.Rəfiyev Teymur

3.Əlicanlı Rövşən

68 kq

1.Musayev Nurlan

2.Şahverdiyev Kəmaləddin

3.Əsədullayev Əsəd

75 kq

1.Süleymanlı Süleyman

2.Alıyev Nihad

3. Sevdimov İsmayıl

85 kq

1.Ömərov Rəcəb

2. Xudatov Zeyd

3. Əliyev Ömər