Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final görüşü keçirilib. Həlledici qarşılaşmada “Neftçi” “Azstars” komandası ilə üz-üzə gəlib. Oyunun əvvəlindən üstünlüyü ələ alan təmsilçimiz sonda rəqibi üzərində 93-29 hesablı qələbə qazanıb. Final oyununun ən dəyərli basketbolçusu (MVP) “Neftçi” komandasından Angelina İsmayılova seçilib.Bununla da “Neftçi” ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb.