3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası sentyabrın 5-dən 6-dək Çinin Şanxay şəhərində keçiriləcək Dünya Qadın Seriyasının mövsüm finalında iştirak edəcək. Təmsilçimiz A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.
Komandamızın qrup mərhələsində oyunlarının təqvimi belədir:
5 sentyabr
12:45 – Fransa
14:50 – Niderland
16:55 – Almaniya
