Bu gün “Neftçi” komandası kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda görüşə çıxıb. Təmsilçimiz bu qarşılaşmada “Murov Az Terminal”la üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan matçda zədəli oyunçularının olmasına baxmayaraq, “Neftçi” komandası böyük əzmkarlıq nümayiş etdirərək rəqibi üzərində 3:0 (25:17, 25:17, 25:13) hesablı qələbə qazanıb və Azərbaycan Çempionatının bürünc medalına yiyələnib.















