
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib.
“Neftçi” ilk turda “Ordu” komandası ilə üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.










