
“Neftçi” İdman Klubunun və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında bilyard yarışı keçirilib. Heydər Əliyev adına İdman Sarayında təşkil olunan turnirdə 21 komandadan 43 iştirakçı (6 qadın, 37 kişi) bacarığını nümayiş etdirib.
Qadınlar arasında İradə Cavadova (AZFEN) turnirin qalibi olub. Fatimə Quliyeva (“Qaz İxrac” İdarəsi) gümüş, İlahə Hacıyeva (“SOCAR Polymer” Zavodu) və Bahar Şirinova (“Azərkimya” İstehsalat Birliyi) isə bürünc medal qazanıb.
Kişilərin mübarizəsində Səfəralı Məmmədov (“SOCAR Polymer” Zavodu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İntiqam Mütəllimov (“Abşeronneft” NQÇİ) ikinci, Şamxal Aşurov (Kompleks Qazma İşləri Tresti) və Şahin İbrahimov (Heydər Əliyev adına Neft Emalı Zavodu) isə üçüncü yeri tutub.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubunun diplom, medal və xatirə hədiyyələri təqdim olunub.















































