“Neftçi” İdman Klubunun və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında güllə atıcılığı üzrə turnir keçirilib. Yarışda 15 komandadan 49 iştirakçı çıxış edib.
Qadınlar arasında Əfsanə Qasımova (“SOCAR Polymer” Zavodu) qalib olub. Gülşən Məhəmmədova (Heydər Əliyev adına Neft Emalı Zavodu) ikinci, Esmira Nəsrəddinova (“Neftqaztikinti” Tresti) isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində Asif Əliyev (“SOCAR Polymer” Zavodu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Famil İslamov (“SOCAR Polymer” Zavodu) ikinci, Murad Hüseynov (Təhlükəsizlik İdarəsi) isə üçüncü olub.
Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.