
“Neftçi” İdman Klubunun və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə ”Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında kamandan oxatma idman növü üzrə yarış keçirilib. Xətai rayonundakı “Fokus” kamandan oxatma məktəbində təşkil olunan turnirdə 7 komandadan 16 iştirakçı (5 qadın, 11 kişi) bacarığını nümayiş etdirib.
Qadınlar arasında İlahə Hacıyeva (SOCAR Polymer) turnirin qalibi olub. Esmira Nəsrəddinova (“Neftqaztikinti” Tresti) ikinci, Aygün Musayeva (SOCAR Polymer) isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində Elvin Həsənli (SOCAR Polymer) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elşad Yusifovla (“Neftqaztikinti” Tresti) Elşad Abdullayev (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Yarışın qalib və mükafatçılarına “Neftçi” İdman Klubu tərəfindən diplom və medallar təqdim olunub.























