“World Boxing” təşkilatı boksçuların yenilənmiş dünya reytinq cədvəlini açıqlayıb.
Yeni siyahıda Azərbaycan milli komandasının heyətində yer alan “Neftçi” İdman Klubunun beş təmsilçisi öz çəki dərəcələri üzrə uğurlu nəticə göstərib. Klubumuzun yetirməsi Səidcəmşid Cəfərov (75 kq) bütün rəqiblərini qabaqlayaraq dünya sıralamasında liderliyə yüksəlib. Digər boksçumuz Sübhan Mamedov isə 50 kq çəki dərəcəsində ilk üçlüyü qapadıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov da ciddi irəliləyişə nail olub. O, əvvəlki mövqeyindən 12 pillə irəliləyərək 8-ci yerə yüksəlib və dünyanın ən güclü on boksçusu sırasına daxil olub.
Klubun digər üzvləri Malik Həsənov (65 kq) və Murad Allahverdiyev (80 kq) isə 18-ci pillədə qərarlaşıblar.
