Sablyaçımız Türkiyədən medalla dönür
Ankarada qılıncoynatma üzrə açıq Türkiyə Kuboku keçirilib. “Neftçi” İdman Klubunun təmsilçisi Maqsud Hüseynli turnirin mükafatçıları arasında yer alıb. İdmançımız kişilər arasında təşkil olunan sablya yarışında bürünc medala layiq görülüb.
