“Neftçi” İdman Klubunun çimərlik güləşçisi Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, daha sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Qrup mərhələsinin son görüşündə mərakeşli Abdelcalil Benelyasseri də məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə yunanıstanlı Konstantinos Mourtzilakisi üstələyən idmançımız finala yüksəlib. Həlledici qarşılaşmada seneqallı Marquette Diopa məğlub olan Nihad Süleymanlı fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
