“Neftçi” İdman Klubunun parapauerliftinqçisi Pərvin Məmmədov (49 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
Təmsilçimiz ümumi qaldırmada üç hərəkətin cəmində 425 kq nəticə göstərərək qızıl, ən yaxşı qaldırmada isə 145 kq nəticə ilə gümüş medala sahib olub.