“Neftçi” İdman Klubunun paraatleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai 2024 World Para Athletics Grand Prix” turnirində uğurla çıxış edərək mükafatçılar arasında yer alıb. Paralimpiya çempionu nüvəitələmə növündə F55 kateqoriyasında 10.92 metr nəticə göstərərək yarışın gümüş medalına layiq görülüb.