“Neftçi” İdman Klubunun paraatleti Elvin Astanov Tunisdə keçirilən beynəlxalq Qran-pri turnirində gümüş medal qazanıb. Nüvəitələmə yarışında F53 kateqoriyasında çıxış edən paralimpiyaçımız 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsində yer alıb.

Xatırladaq ki, daha əvvəl klubumuzun digər təmsilçiləri – Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) də öz kateqoriyalarında gümüş medala sahib olublar.