Karyerasında dördüncü dəfə dünya çempionu olan “Neftçi” İdman Klubunun paraatleti Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya idman növü üzrə tarixinə düşüb. Təmsilçimiz bu uğura Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında imza atıb. İdmançımız mundialda həm 100, həm də 400 metr məsafəyə qaçışda qızıl medallara sahib olub.
Qeyd edək ki, 22 yaşlı Lamiyə Vəliyeva bu göstərici ilə müstəqillik illərində Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə 5 qat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançıdır.