“Neftçi” İdman Klubunun təmsilçisi Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən paraatletika üzrə dünya çempionatında böyük uğura imza atıb. Paralimpiyaçımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə yarışmada 11.94 saniyə nəticə göstərərək dünya çempionu olub.Qeyd edək ki, bu, paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. Belə ki, Lamiyə Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçışda qızıl medal qazanıb.