
İstanbulda keçirilən Avropa Gənclər Paralimpiya Oyunları davam edir.
Turnirdə ” Neftçi” İdman Klubunun 17 yaşlı paracüdoçusu Ömər Qurbanov (J2, 62 kq) 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək üçüncü yeri tutub.
16 yaşlı paracüdoçumuz Hüseyn İsmayılzadə (J2, 70 kq) isə dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, daha əvvəl klubumuzun parataekvondoçusu Sabir Zeynalov (K44, 58 kq) yarışın qalibi olub.

