“Neftçi” İdman Klubunun paracüdoçusu Vüqar Şirinli Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə gümüş medala sahib olub. Qran-pri yarışında 60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançımız yalnız həlledici finalda məğlub olub və fəxri kürsünün ikinci pilləsində yer alıb.Qeyd edək ki, Vüqar Şirinli Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.