“Neftçi” İdman Klubunun paracüdoçusu Xanım Hüseynova Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan İBSA Qran-pri turnirində medal qazanıb. Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız J2 kateqoriyasında bürünc mükafata sahib olub.