“Neftçi” İdman Klubunun paragüllə atıcıları Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən Qran-pri turnirində 2 gümüş medal qazanıblar.

Paralimpiyaçılarımızdan Kamran Zeynalov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 233.1 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Aybəniz Babayeva da eyni məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında (P2) 220.8 xalla eyni uğura imza atıb.