“Neftçi” İdman Klubunun təmsilçisi İmaməddin Xəlilov Dünya Parataekvondo Federasiyasının açıqladığı reytinqdə liderliyini qoruyub. 70 kq çəki dərəcəsində yer alan paralimpiya çempionu 495.75 xalla birinci pillədə qərarlaşıb.58 kq çəki dərəcəsində isə digər idmançımız, paralimpiadanın bürünc medalçısı Sabir Zeynalov iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı 2 qızıl medal sayəsində reytinqini 381.15 xala yüksəldərək bir pillə irəliləyib və ikinci sırada qərar tutub.