
“Neftçi” İdman Klubunun parataekvondoçusu Sabir Zeynalov (K44, 58 kq) Avropa Gənclər Paralimpiya Oyunlarında uğurla çıxış edib. Bayraqdarımız mübarizəyə yarımfinaldan start verib. O, yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edib və yarışın qızıl medalını qazanıb.