İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turnirinin final mərhələsi keçirilib.”Neftçi” İdman Klubunun paralimpiyaçısı İmaməddin Xəlilov (70 kq) yarışın mükafatçıları arasında yer alıb. K-44 kateqoriyasında mübarizə aparan parataekvondoçumuz Qran-prinin bürünc medalını qazanıb.