“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Yarışın ikinci günündə 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda fərqlənib. Finişə 58.17 saniyəlik nəticə ilə üçüncü çatan idmançımız bürünc medala layiq görülüb.

Xatırladaq ki, Raman Saley ötən gün 100 metr məsafəyə arxası üstə üzmə yarışında dünya çempionu olub.