
Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press idman növləri üzrə ölkə kuboku keçirilib. Yarışda respublikanın müxtəlif şəhər və regionlarından 80-dən çox idmançı iştirak edib.
“Neftçi” İdman Klubunun atletlərindən Kamran Bədəlov (66 kq) pauerliftinq üzrə Azərbaycan Kubokunun qalibi olub. Digər idmançımız Azər Əliyev (120 kq) isə benç-press hərəkətində 215 kiloqram ağırlığın öhdəsindən gəlib və qızıl medala yiyələnib.
