“Neftçi” İdman Klubunun qadın güləşçisi Ruzanna Məmmədova (59 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medala layiq görülüb. Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada rumıniyalı Ana Mariya Puiuya qalib gəlib.Xatırladaq ki, daha əvvəl klubumuzun böyük uğura imza atan yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60) gümüş, Rəşad Məmmədov (55 kq) isə bürünc medal qazanıb.