Azərbaycan Texniki Universitetinin idman zalında qadın basketbolçular arasında Azərbaycan çempionatına start verilib.”Neftçi” ilk turda “Gəncə” komandası ilə qarşılaşıb. Oyun xanım basketbolçularımızın aşkar üstünlüyü şəraitində keçib. Yekunda komandamız rəqibi üzərində 83:34 hesabı ilə qələbə qazanıb.Qeyd edək ki, Azərbaycan Qadınlar Liqası adı altında keçirilən və 2 dövrədən ibarət olan yarışda 6 komanda mübarizə aparır: “AzStars”, “Alov”, “Neftçi”, “Xırdalan”, “Gəncə” və “Qaradağ.”