Bu gün futbol üzrə Birinci Liqada XIX turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu turda “İrəvan” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda reallaşan matçda təmsilçimiz daha üstün oyunu ilə yadda qalıb və rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Qarşılaşmada futbolçularımızdan Seyxan Fərəcov (35′), Balamirzə Soltanov(72′) və Xəlil Bəşirov (85′) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, “Qaradağ Lökbatan” hazırda 39 xalla turnir cədvəlinə liderlik edir.