Futbol üzrə Birinci Liqada VIII turun oyunları sona yetib.
Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Araz Saatlı”nı qəbul edib. “Neftçi” Futbol Mərkəzində gerçəkləşən matç “Qaradağ Lökbatan”ın aşkar üstünlüyü şəraitində keçib və təmsilçimiz 3:0 hesablı qələbə qazanıb. Futbolçularımızdan Xəlil Bəşirov (51′), Mehdi Haşumov (83′) və Murad Qayalı (89′) fərqləniblər.