• Mart 10, 2026
  • Redactor Neftchi
  • 0

Futbol üzrə İkinci Liqada XVII turun oyunlarına yekun vurulub.
Bu turda “Qaradağ Lökbatan” “Ağdaş”ın qonağı olub. Ağdaş şəhər stadionunda təşkil olunan görüş təmsilçimizin üstünlüyü şəraitində keçib və matç komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. “Qaradağ Lökbatan”ın heyətində Tofiq Nəsibov het-trik edib (32, 34, 57). Digər qola isə Vüsal Hüseynov (19) imza atıb.