Bu gün futbol üzrə İkinci Liqada XII tura bir oyunla start verilib.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində “Ağstafa Gəncləri”nin qonağı olub. Ağstafa şəhər stadionunda təşkil olunan matç komandamızın minimal hesablı qələbəsi ilə sona yetib – 1:0. Qarşılaşmada vurulan yeganə qola Tofiq Nəsibov (8) imza atıb.
