Futbol üzrə Azərbaycan I Liqasında sonuncu – XXVII turun oyunları keçirilib.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində “Mingəçevir” komandası ilə üz-üzə gəlib. Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda reallaşan görüşdə qalib müəyyənləşməyib və oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Təmsilçimizin heyətində 11-ci dəqiqədə Xəlil Bəşirov, 27-ci dəqiqədə isə Mehdi Tahirov fərqlənib.
Qeyd edək ki, bununla da xallarının sayını 54-ə çatdıran “Qaradağ Lökbatan” komandası çempionatı ikinci pillədə başa vurub. “Şamaxı” isə 57 xalla I Liqanın qalibi olub.