Futbol üzrə Azərbaycan Kubokunda 2023-2024-cü illər mövsümünün II təsnifat mərhələsinin oyunları davam edir.
Bu mərhələ çərçivəsində “Qaradağ Lökbatan” II Liqa təmsilçisi “Şahdağ Qusar”la üz-üzə gəlib. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan qarşılaşmada komandamız rəqibinə 1:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Matçın taleyini həll edən yeganə qola görüşün altmışıncı dəqiqəsində futbolçumuz Sultan Mustafayev imza atıb.
Qeyd edək ki, “Qaradağ Lökbatan” səkkizdəbir finalda “Neftçi” ilə üz-üzə gələcək.