• Oktyabr 9, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə bu gün start verilib.
Birinci təsnifat mərhələsinin oyunları çərçivəsində “Qaradağ Lökbatan” “Ağdaş” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan matç təmsilçimizin aşkar üstünlüyü şəraitində keçib. Yekunda Qəzənfər Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibi üzərində 8:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Rövşən Şahmuradov (65′, 67′, 69′) het-trik edib. Digər qollara isə Taryel Zeynalov (19′, ö/q), Vüsal Hüseynov (32′), Elmin Əskərli (45+1′), Ayxan Məcidov (86′) və Sabir Allahquliyev (90′) imza atıb.