Futbol üzrə Azərbaycan Çempionatının İkinci Liqasında XVIII turun oyunlarına yekun vurulub.
“Qaradağ Lökbatan” bu gün “Göygöl” komandası ilə üz-üzə gəlib.. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən matçda komandamız rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 7:0. “Qaradağ Lökbatan”ın heyətində Nicat Əskərov (19), Tofiq Nəsibov (24, 57, 87), Ayaz Mikayılov (48), Sabir Allahquliyev (55) və Emil Quluzadə (83) adlarını tabloya yazdırıblar.




